“Taxt oyunları”nın finalının yenidən çəkilməsi üçün kampaniya başladıldı

“Taxt oyunları”nın finalının yenidən çəkilməsi üçün kampaniya başladıldı
3333 dəfə oxunub
  • A-
  • A
  • A+

“Taxt oyunları” serialının səkkizinci – yəni, sonuncu mövsümü tamaşaçıların ürəyincə olmayıb.

Axşam.az xəbər verir ki, buna görə də izləyicilər ekran işinin yayımlandığı HBO kanalına 200 mindən artıq imza ilə müraciət ediblər.

Müraciətdə serialın final mövsümünün yenidən çəkilməsi istənilir. Bildirilir ki, səkkizinci mövsüm peşəkar ssenaristlərə həvalə edilməli, məntiqli bir finalla bitməlidir.

Qeyd edək ki, xüsusilə, beşinci bölümdə Əjdaha Kraliçasının “Kings Landing”i yandırdığı və məsum insanları öldürdüyü səhnələr izləyiciləri hiddətləndirib.

Onu da bildirək ki, serialın finalı 19 mayda yayımlanacaq.