Sevinc təqdimat etdi - Fotolar

Sevinc təqdimat etdi -  Fotolar
4717 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Sevinc Musayeva vətənpərvərlik mövzusunda mahnısının təqdimatını keçirib.

Axşam.az-ın məlumatına görə, “Türkiyə-Azərbaycan” adlı hərbi marş üslubunda olan bəstənin musiqisi Sevinc Tofiqqızına, sözləri Almaz İlahə Əhmədovaya məxsusdur. Mahnı yaxın aylarda Türkiyədə də təqdim ediləcək.

Azərbaycan və Türkiyənin rəsmi himnindən parça ilə başlayan mahnı Sevincin ilk vətənpərvərlik mövzusunda olan ifasıdır. Tədbirə mətbuat və mədəniyyət nümayəndələri, şəhid ailələri, Qarabağ qaziləri, Aprel döyüşlərinin iştirakçıları qatılıblar.

S.Musayeva mahnıya video çarx da hazırlatdırıb. O bildirib ki, bu mövzuda bəstələr səsləndirməyə davam edəcək.