Ketçupu evdə özünüz hazırlayın

Ketçupu evdə özünüz hazırlayın
2117 dəfə oxunub
  • A-
  • A
  • A+

Makaron, spaqetti, kartof qızartması və s. yeməklərd vacib olan ketçup böyükdən-kiçiyə hər kəsin sevdiyi təamdır.

Axşam.az xəbər verir ki, nə qədər ləzzətli də olsa, hazır satılan əksər məhsulların tərkibində qatqı maddələri var. Buna görə, ən yaxşı üsul onu evdə hazırlamaqdır.

Bu gün sizə ketçupun hazırlanma qaydasını təqdim edəcəyik.

Lazım olan ərzaqlar:

2 baş soğan

2 diş sarımsaq

2 x.q zeytun yağı

4 ədəd pomidor

Yarım x.q bibər tomatı

3 x.q sirkə

1 x.q şəkər tozu

Zövqə görə duz, istiot

Hazırlanma qaydası:

Əvvəlcə soğan və sarımsaqları soyun və blendrdan keçirin. Daha sonra üzərinə bir şorba qaşığı şəkər tozu töküb qazanda rəngi tündləşənə qədər qızardın. Pomidorların qabıqlarını soyduqdan sonra doğrayıb robotdan və ya sürtgəcdən keçirin. Qazana əlavə edib tomatı da tökün və qarışdıraraq qovurun. Sirkə, zeytun yağı və duzu da əlavə edərək, 40 dəqiqə bişirin. Qarışım soyuduqdan sonra şüşə qablara yığıb istifadə edə bilərsiniz.

Nuş olsun!