Yayda salatlara daha çox ehtiyac duyulur.
Axşam.az sizə dadlı tərəvəz salatlarılnın reseptini təqdim edir.
Tərəvəzli-pendirli salat
İçindəkilər:
6 ədəd pomidor
100 qr mozarella pendiri
1 ədəd kişik qırmızı soğan
2 diş sarımsaq
Zeytun yağı
1-2 yarpaq reyhan, nanə
Hazırlanması:
Pomidorları mozarellanı dilimləyin. Bir boşqabda sıra ilə pomidor və mozarella dilimlərini düzün. Soğan və sarımsağı soyun, xırda-xırda doğrayın, pomidor və mozarellanın üzərinə səpin. Axırda salatın üzərinə zeytun yağı gəzdirin və reyhan, nanə yarpağı düzün.
Toyuqlu pendir salatı
İçindəkilər:
1 ədəd toyuğun döş əti
Kahı
100 qr. pendir
2 ədəd pomidor
1 ədəd yumurta
14 xiyar
5 x.q soya sousu
Hazırlanması:
Yumurtanı soyutma bişirin. Kahını yuyub, kənara qoyun. Pomidorları yuyun, iki hissəyə bölün və içini təmizləyin. Bişmiş toyuq ətini kub şəklində doğrayın. Yumurtanın pomidor və pendiri də doğrayın. Hamısını qarışdırın, üzərinə soya sousunu, xiyarı dairəvi şəkildə dilimləyib əlavə edin.