“Mənim üçün xanımlara əhəmiyyət verməyən kişilər dəyərlidir”

“Mənim üçün xanımlara əhəmiyyət verməyən kişilər dəyərlidir”
2582 dəfə oxunub
  • A-
  • A
  • A+

ARB TV-nin “Show news” verilişi yerli məşhurlar arasında sorğu keçirib.

Axşam.az xəbər verir ki, onlar məşhurlarına “Qarşı cinsdə sizi ən çox nə cəlb edir?” sualını ünvanlayıb.

Məşhurların cavabı isə belə olub:

Müğənni Rahidə Baxışova:

“İnsan danışmadan onun gözlərindən hər şeyi oxuya bilərəm. Görünüşü çox önəmlidir, çünki gözəllik sevənəm. Əsas da xarakter, kişilik dayanır”.

Əməkdar artist Elza Seyidcahan:

“Kişi odur ki, onun şəxsiyyətində bütövlük olsun”.

Əməkdar artist Könül Kərimova:

“Xanımlara əhəmiyyət verməyin. Həddindən artıq diqqətlə deyil. Özünə hörmət qoyan kişi hər şeyə diqqət göstərməməlidir. Belələri mənim üçün daha dəyərlidir.

Müğənni Dilarə Kazımova:

“Mütləq kimya olmalıdır. Onu hiss etməlisən. Bir də görürsən ki, sənin tərzində bir adam deyil, amma xoşuna gəlir, yəni məni çəkir”.

Müğənni Lətifə Soyuöz:

“Bir kişidə ürəyinin açıq olması diqqətimi çəkir. İnsan var ki, o çox imkanlıdır, yəni geyimi, üst-başı markadır. Amma verən əli yoxdur. İnsan da var ki, imkanı ortadır və yaxud bir az aşağıdır, amma o qədər böyük ürəyi var ki... Bu mənim üçün çox önəmlidir, çünki özüm eləyəm”.

Xalq artisti Könül Xasıyeva:

“Kişinin xarici görünüşünə baxmıram. Sədaqət, mətanət, şərəf ləyaqət hamıda olmalıdır. Fərqi yoxdur, kişisən ya qadın”.

Aktrisa Pərvin Abıyeva:

“Mənim üçün baxış, göz çox önəmlidir. Gözün forması yox, ordakı işıq, baxış... Yəni ki, boş, mənasız baxışlı insanları ciddi qəbul edə bilmirəm. Mənim həyatı boyu yaraşıqlı sevgilim olmayıb. Xarizması olsun bəs edir”.