“Vücudumla fəxr edirəm” - Aytəndən qınaqlara cavab

“Vücudumla fəxr edirəm” - Aytəndən qınaqlara cavab
2971 dəfə oxunub
  • A-
  • A
  • A+

“Vücudumla, görünüşümlə, hər şeyimlə fəxr edirəm! Çalışın standart olmayasınız. Kiməsə izn verməyin sizə ağıl öyrətsin”.

Axşam.az xəbər verir ki, bu sözləri sosial şəbəkədə aparıcı Aytən Səfərova yazıb.

Aparıcı görünüşünə lağ edənlərə və onu kompleksə salanlara cavab verib:

“Özünü dəyərdən salmağa, “dəyər”lər reytinqinə salmağa, aşağılamağa icazə verməyin. Həmin an cavabını verib, oturdun yerinə. Necə varsınız, onunla da fəxr edin. Siz yeksiniz! Belə də sevib-sevilirsinizsə, sevginiz qarşılıqlıdırsa, fəxr edin. Diskrimaniyaya baş qaldıran kimi vurun, oturdun. Əgər sizə ağız-burun əyirlərsə, bilin ki, siz daha görünşlünüsünüz, yandıransınız. Gülümsəyin və bununla fəxr edin. Budur Aytən Səfərova! Kompleksli olmayın. Sizi kompleksə salmaq istəyənləri özünüz ağzılarını qıfıllayın. Sevənlərinizin gözlərini qamaşdırıb, ürəkdən sevindirin, sevməyənləri isə yandırıb, ürəklərini partladın”.