Gözəl dərinin sirri - Avokado və bal maskası

Gözəl dərinin sirri - Avokado və bal maskası
1357 dəfə oxunub
  • A-
  • A
  • A+

Bir çox vitaminlə zəngin olan avokado dərinin də ən yaxşı dostu hesab edilir.

Axşam.az xəbər verir ki, balın faydalı xüsusiyyətləri ilə avokadonun vitaminli tərkibi birlikdə dəri üçün ən gözəl kosmetik vasitə hesab edilir.

Bu ikili ilə hazırlayacağınız maska dərinizi gəncləşdirəcək, məsamələri kiçildərək qara nöqtələrin yaranmasının qarşısını alacaq. Eyni zamanda tərkibindəki vitaminlər dərinizi dərindən qidalandıracaq.

Lazım olanlar:

Yarım avokado
1 ç.q təmiz bal

Əvvəlcə avokadonu cəngəllə əzirik daha sonra balı əlavə edirik. Əvvəlcədən təmizlənmiş dəriyə çəkib 20 dəqiqə saxlayırıq. Daha sonra yuyuruq.

Bu maskanı həftədə bir dəfə etsəniz qısa zaman sonra faydasını görəcəksiniz.