Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti olub

Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti olub
3169 dəfə oxunub
  • A-
  • A
  • A+

Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında konsert proqramı ilə çıxış edib.

Filarmoniyadan Axşam.az-a bildirilib ki, Mustafa Mehmandarovun dirijorluğu ilə orkestr Qərbi Avropa bəstəkarlarının əsərlərinə müraciət edib.

Konsert çərçivəsində orkestrin solistləri də çıxış edib. Qeyd edək ki, Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri mütəmadi olaraq konsert proqramı ilə çıxış edir.