Kişilərin evlənəcəkləri qadından istədikləri

Kişilərin evlənəcəkləri qadından istədikləri
1845 dəfə oxunub
  • A-
  • A
  • A+

Evliliyə qərar verərkən hər iki cinsin nümayəndələrinin qarşı cinsdə görmək istədiyi müəyyən özəlliklər var.

Axşam.az Türkiyə mətbuatına istinadən psixoloq Naciye Tokaçın kişilərin evlənəcəyi qadından gözləntiləri haqda dediklərini təqdim edir.

Dinclik və xoş niyyət


Əgər kişi bir qadınla evlənmək istəyirsə, bunun ən başlıca səbəbi onda tapdığı dinclik və xoş niyyətdir. Bir kişi təzyiq və sorğulanmağı sevmədiyinə görə, ona rahatlıq verən qadınla evlənməyi seçəcək. Önəm verdikləri xoş niyyət isə ondan ibarətdir ki, qəlbi qara olmasın və sevdiyi adama güvənsin.

Müstəqil qərar verə bilməli


Gündəlik həyatında seçimlərini özü edən, müstəqil qərar verən və sərbəst yaşamağı bacaran bir qadın ağıllı qadındır. Kişinin də bir qadında diqqət verdiyi əsas nüanslar baxımlı və ağıllı olmasıdır. Bir kişi həyatına rahatlıq verən qadından artığını istəmir.

Hər iki tərəf üçün eyni dərəcədə vacib olan cinsi həyat kişinin bir qadınla evlənməsi üçün önəmli səbəblərdən biridir. Birlikdə olduğu qadında uyğun seksual istəklərin olması kişilər üçün evləmək qərarının başlıca səbəblərindəndir.