Bakı Uşaq Teatrı mövsümə yekun vurdu

Bakı Uşaq Teatrı mövsümə yekun vurdu
3131 dəfə oxunub
  • A-
  • A
  • A+

İyulun 17-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bakı Uşaq Teatrı Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) tamaşa salonunda mövsümə yekun vurub.

Axşam.az xəbər verir ki, teatrın direktoru, Əməkdar artist İntiqam Soltan öncə dolğun keçən mövsümə qısa nəzər salıb. Yeni mövsüm vədlərinin ardınca il ərzində yaradıcı fəaliyyəti ilə seçilən, eləcə də teatra dəstək olan, onun təbliğatı işini quran bir neçə şəxsə təsis etdikləri “Gümüş körpə” mükafatı verilib.

Sonda tamaşaçılar müasir dövrün qlobal problemlərindən olan insan alverinin fəsadlarına həsr olunan “Günahsız günahkarlar” tamaşasına baxıblar.

Tamaşa gənclər arasında yayılmış “mafiya” oyunu üzərində qurulub. Gənclər bu oyun sayəsində özləri də bilmədən insan alveri ilə məşğul olan mafiyanın qurbanına çevrilirlər. Kimisi yüksək gəlirli iş, kimisi ailə qurmaq adı ilə aldadılıb xaricə aparılaraq fiziki və cinsi istismara məruz qalır, kimisi orqan transplantasiyasının qurbanı olur. Bəs bütün bu oyunları quran kimdir? Gənclər insan alveri haqqında nələri bilməlidirlər? "Günahsız günahkarlar" tamaşası bu suallara cavab üzərində qurulub. Özlüyündə bir sıra ağır məqamlara aydınlıq gətirən dramatik sonluqlu tamaşa alqışlarla qarşılanıb.