Lalə Azərtaşın qızı ilə bağlı inanılmaz olay

Lalə Azərtaşın qızı ilə bağlı inanılmaz olay
17337 dəfə oxunub
  • A-
  • A
  • A+

Aparıcı Lalə Azərtaş qızı Solmaz ilə “Suna ilə Sına” verilişinin qonağı olub.

Axşam.az xəbər verir ki, veriliş zamanı Solmazın gözünün mavi rəngdə olması diqqət cəlb edib. Aparıcının ünvanladığı “Solmazın göz rəngi kimə bənzəyib” sualına L.Azərtaşın verdiyi cavab marağa səbəb olub:

“Yaxın qohumlarda bu rəngdə gözü olan yoxdur. Biz Misirdə tətilə getmişdik. Qırmızı dənizə girmişdik. Bu zaman azan səsi gəldi. Allaha dedim ki, səndən çox şey istəmirəm, sağlam övladım olsun, amma dəniz mavisi kimi gözləri olsun. Dedilər ki, atasının və sənin gözün qəhvəyidir. Mavi rəngli gözü necə olacaq? Dedim ki, Allahımdan istəyirəm. Şükürlər olsun ki, Solmazın gözləri istədiyim kimi mavi rəngdə oldu”.

Qeyd edək ki, aparıcının iki qızı var.