20 il hıçqıraraq yaşadı

20 il hıçqıraraq yaşadı
6720 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə yaşayan Fatma Yılmaz adlı qadın qəribə xəstəlikdən əziyyət çəkib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, 20 il ərzində hıçqırıqla yaşayıb. Qadının probleminə isə çarə tapan olmayıb.

"Bu hal məni hər kəsdən uzaqlaşdırdı. Son günlər isə artıq nəfəs almağa belə fürsət  vermirdi", deyə o bildirib.

Xəstəxanaya gətirilən qadının mədəsi rentgen edilib və onda indiyədək heç kimin fərqinə varmadığı diafraqma yırtığı aşkar edilib. Qadın dərhal əməliyyata alınıb. Hazırda isə onun vəziyyəti yaxşıdır.

"Hıçqırıq səbəbilə normal danışa bilmirdim. İndi isə hər şey qaydasındadır", deyə o bildirib.