Yayda necə makiyaj etməli?

Yayda necə makiyaj etməli?
3370 dəfə oxunub
  • A-
  • A
  • A+

Makiyaj sevən xanımlar yay aylarında bəzi çətinliklərlə üzləşirlər. İsti günlərdə bədən temperaturunun artması tər vəzilərinin ifrazatını fəallaşdırır. Buna görə də, üzdəki makiyaj ya axır, ya da dərinin bükülü hissələrində yığılır.

Eyni zamanda yay aylarında boyalardan çox istifadə etmək bir çox dəri problemlərinə səbəb ola bilər.

Axşam.az xarici mətbuata istinadən yay aylarında makiyaj edənlər üçün bəzi tövsiyyələr verəcək.

Mütəxəssislər hər şeydən əvvəl günəş qoruyucu kremlərin vacibliyini vurğulayır. Səhərlər üz dərisi yaxsıca təmizlənməli və günəş qoruyucu krem çəkilməlidir. Yayda tonal kremin istifadəsi minimuma endirilmıdir. Onun əvəzinə yüngül kirşan seçimi daha düzgün olar. Rəng olaraq isə qəhvərəngi və qırmızının tonları bu il dəbdə olacaq.