Brus Linin qızı atasının lağa qoyulmasına tab gətirmədi

Brus Linin qızı atasının lağa qoyulmasına tab gətirmədi
6342 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünya şöhrətli rejissor Kventin Tarantinonun "Bir zamanlar Hollivudda" filmi hətta ən sərt film tənqidçiləri tərəfindən bəyənilib və maraqla qarşılanıb.

Axşam.az xəbər verir ki, lakin əfsanəvi aktyor Brus Linin qızının film haqqında fikirləri böyük auditoriyadan kəskin şəkildə fərqlənib.

Şannon Linin fikrincə, Kventin filmdə Brus Lini necə təsvir etdiyindən utanıb, yerə girməlidir:

“Ağzını bağlasın, bu onun üçün xoş olardı. Bundan əlavə o, üzr istəyib “Əslində, Brus Linin nəcə biri olduğunu bilmirəm. Sadəcə filmimdə onu belə təqdim etdim” deyə bilər. Lakin insanlar Kventinin Brus Lini bu şəkildə qələmə verdiyi üçün bu obraza ciddi yanaşmamalıdırlar”.

Ş.Li bu sözləri “Variety” dərgisinə verdiyi açıqlamasıda dilə gətirib.

Qeyd edək ki, Şannonun bu cür kəskin şəkildə etirazına iki mühüm səbəb var.

Birincisi, Tarantinonun ekran əsərində Brus Li karikatura personajı kimi tamaşaçıya təqdim olunub.Tarantino aktyoru yaratdığı filmdə ələ salıb. Onunla döyüşən Bred Piti isə əksinə, qəhraman kimi qələmə verib.

“Gözəl anlayıram ki, Piti atamla mübarizədə qalib çıxardıb, onu filmdə super qəhrəman kimi göstərməyin altında hansı məqamlar gizlənir. Ancaq atamı filmdə bu dərəcə alçatmağa ehtiyac yox idi” deyə, Şennen bildirib.

İkinci səbəb isə, Kventinin onun atası barədə Moskvada olarkən filmin premyerası günü etdiyi xoşagəlməz şərh olub:

“Brus Li təkəbbürlü idi. Bunları isə mən özümdən uydurmamışam. İnsanlar əmindirlər ki, “Məhəmməd Əlini məğlub edərdim” sitatı ona aid deyil. Lakin əslində, bu kəlməni dilə gətirən də elə Brus Lidir”.

Özünün və atasının təhqir olunduğunu bildirən Şennon yaşananlara bu cür qiymət verib:

“Atam haqda dediyi ikiüzlülükdən başqa bir şey deyil”.