"Qərar verdim ki, bəsdir..." - Murad Dadaşovdan etiraf

"Qərar verdim ki, bəsdir..." -  Murad Dadaşovdan etiraf
5585 dəfə oxunub
  • A-
  • A
  • A+
"Azərbaycan tamaşaçıları hər il eşidir ki, mən yeni yaşam tərzinə keçirəm. Amma bir nəticə görmürlər. Növbəti dəfə yeni yaşam tərzinə keçirəm".

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Murad Dadaşov "Sunayla sına" verilişində qonaq olarkən deyib. Aparıcı bildirib ki, artıq çəkidən xilas olmaq üçün ciddi rejimə başlayıb:

"Müəyyən yaşa çatdım. Düşündüm ki, müəyyən qədər kök adam oldum. Fikirləşdim ki, nə qədər yemək olar? İnsan özünü nə qədər sevməyə bilər? Qərar verdim ki, bəsdir artıq. Özümə söz verdim ki, bəsdir. Yedim-içdim, bildim. Dünyada dadlı yeməklər var ki, onları düzgün yedikcə, insanın canı sağlam, bədəni gözəl ola bilər".