Elnarə onları bazardakı "ucuz məhsullara" bənzətdi - Fotolar

Elnarə onları bazardakı "ucuz məhsullara" bənzətdi -  Fotolar
5756 dəfə oxunub
  • A-
  • A
  • A+
"Dəyişməyi sevən adamam. Obraz olaraq yeni heç nə etmirəm. Özüm-özümü təkrarlayıram. Əslində bunlar mənim üçün şablon obrazlardır. Amma tamaşaçı buna öyrəşib. Anladım ki, tamaşaçı məni əvvəl necə görübsə, elə də görməyi arzulayır. Problem odur ki, mən özüm-özümdən tez yoruluram. Bir obrazda çox qala bilmirəm".

Bu sözləri Axşam.az-a açıqlamasında müğənni Elnarə Xəlilova deyib. Son günlər tez-tez görünüşündə dəyişiklik edən sənətçi gənc ifaçıların öz üzərlərindən işləməməsindən danışıb:

"İndiyənə qədər mənim yerimi dolduran, o yaşda həmin obrazı yarada bilən xanım olsaydı, məndən vaz keçərdilər. Yerim boş qalıb deyə, mənə doldurtdurublar. Gənclərimiz kifayət qədərdir. Amma gənc Elnarə Xəlilovanın etdiklərini edə bilmirlər. Əslində, indi gənclərin fərqlənməsi, maraqlı obrazlar yaratması asandır. Onlara nə var ki, bir göz gələmi, dodaq boyası ilə gözəl görünürlər.

 

Bizim yaşda isə yaxşı görünmək üçün saatlarla salonda otururq. Təəssüf edirəm ki, gənc Elnarənin yaratdıqlarını heç kim yarada bilmir.

İndiki istedadlı, gənc müğənnilər nədənsə, özlərini daha ağır, yaşından böyük obrazda göstərməyə çalışırlar".

Xəlilova son günlər gündəmdən düşməyən "trend" mövzusuna da toxunub:

"Kəmiyyət və keyfiyyətlə bağlı bir dəfə bu sözü dedim: bir bolluq bazarı görürük, üstünə ucuzluq yazılıb. Kəmiyyət nə qədər istəsən, amma keyfiyyət yox. Orada insanlar qaynayır. Bahalı, brilyant olan mağazanın yanından keçin. Orada barmaqla sayıla biləcək insanlar görərsiz. Bu da eynidir, dəyərli, keyfiyyətli, bahalı olanın müştərisi çox ola bilməz. Bizi ancaq sayılıb-seçilən təbəqə izləyəcək. Trendə düşən ucuz mahnıları isə kütlə izləyir".

Foto: Şükür Verdiyev