"Əcəb edirəm, baxmayın" - Aktrisadan tənqidlərə cavab

"Əcəb edirəm, baxmayın" -  Aktrisadan tənqidlərə cavab
7600 dəfə oxunub
  • A-
  • A
  • A+
"8 yeni mahnı yazdırmışam. Onlardan ikisinə klip çəkdirəcəm. Əslində hər zaman oxumuşam. Tamaşaçılar məni aktrisa kimi tanıdılar. Şeir də yazıram. Amma hələ öz şeirimə mahnı yazdırmamışam. Utanıram, cəsarət tələb edir. Çox şəxsidir şeirlər".

Bu sözləri Axşam.az-a açıqlamasında aktrisa Çimnaz Sultanova deyib. "Vicdan haqqı" serialındakı Larisa obrazı ilə məşhurlaşan aktrisa açıq-saçıq geyimlərindən bəhs edib:

"Serialda Larisa obrazı ilə tanınırdım, geyimlə yox. Çəkiliş zamanı geyimlərim qapalı idi. Efir mədəniyyəti başqadır. İnstaqramda, adi həyatda ürəyimiz istəyən kimi geyinə bilərik. Amma efirdə yox. İnstaqramın həyatımla əlaqəsi yoxdur.

 

Ümumiyyətlə, indi hər şey dəyişib. Rollar, uğurlar, layihələr var. Ondan danışmırlar. Bir dəxlisiz foto qoyuram hamı yazır. Yazırlar fikrin nədir? Edirəm, əcəb edirəm. Xoşuma gəlir, həzz alıram. Xoşunuza gəlmirsə, baxmayın. İnstaqramı özüm işlətmirəm, sadəcə paylaşımlara nəzarət edirəm. Yazılan şərhlərə əhəmiyyət vermirəm".

Çimnaz sosial şəbəkədə tez-tez tənqid edilən paylaşımlarından söz açıb:

"Videoları paylaşanda, yazılacaq heç bir şərhi nəzərə almıram. Özümü xoşbəxt insan hiss edirəm. Özümə necə istəyirəm yaşamağa, kimi istəyirəm sevməyə icazə verirəm. Lazım olanı yox, istədiyimi edirəm, sevirəm. Mən alqış gözləmirəm, önəmli deyil. Baxmayın, istəməyin. Həyatda ləzzətlə yaşayıram. Mənə yaşamaq lazımdır".

Aktrisa yeni seriala çəkildiyini də söyləyib. O, türkiyəli aktyorla tərəf müqabili olacağını bildirib.

Foto: Şükür Verdiyev