Bu ilin ən çox qazanan aktyorları - Siyahı

Bu ilin ən çox qazanan aktyorları - Siyahı
3637 dəfə oxunub
  • A-
  • A
  • A+

“Forbes” dərgisi ilin ən çox qazanan aktyorlarının siyahısını açıqlayıb.

Axşam.az xəbər verir ki, siyahı sənətçilərin 1 iyun 2018-ci ildən bu ilin iyununadək qazancları yazılıb.

10-cu yerdə 35 milyon dollar gəlirlə Vill Smit, 9-cu pillədə 41 milyon dollar qazanc ilə Paul Ryud qərarlaşıb.

9-ci pillənin sahibi 43,5 milon dollarla Kris Evans, 8-ci yerin sahibi isə 57 milyon dollarla Edem Sendlerdir. Bredli Kuper də bu il 57 milyon dollar qazanıb. O, isə siyahıda 6-cı yerdədir.

Beşinci yerin sahibi 58 milyon dollar qazancla Ceki Çandır. Akşay Kumar 65 milyon dollar gəlir əldə edib. O, siyahının 4-cü pilləsində yer tutub.

İlk üçlükdə Robert Davni Cey Er, Kris Hemsvört və Dvani Consondur. Onların sıra ilə qazancı 66, 76,4 və 89,4 milyon dollardır.