Sevda boşandığı ərinin qadağalarından danışdı

Sevda boşandığı ərinin qadağalarından danışdı
5264 dəfə oxunub
  • A-
  • A
  • A+
"Həyat yaxşıdır. Rəqs etmək sevgisi içimdə qalmışdı, artıq üzə çıxaracam. İnsanı qəbul edəndə, necədir bilirlər. Sonradan nəyəsə qadağa qoyulanda, yığılır və boğulursan. Mənim sənətim o idi, indi də budur. İkisi birlikdə gözəl alınırsa, niyə etməyim?".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Sevda Sanəliyeva deyib. "5/5" verilişinə qonaq olan sənətçi ayrıldığı həyat yoldaşı Cəmildən danışıb.

Sevda aparıcının "Ailə qurdu, gördü yox, özü edir. Əlini bala batırmaq istədi, alınmadı. Sənə lazım idi ailə qurmaq" sözlərini sənətçi belə cavab verib:

"Əlimi bala batıranda bilirdim nə olacaq. Mənim qanımda var, işləməliyəm. Əlimi bala batıranda da bilirdim işləyəcəm. Amma bəsdir, artıq yoruluram. Mənim həyatım belə yaxşıdır.

Düzdür, mənə lazım idi? Nə oynaya, nə otura bilirdim. Ayrılığın səbəbi bunlar ola bilməz. Bunlar gülünc səbəblərdir. Əsas vacib mənim sənətimdir. Necə harasa gedim, heç kimlə danışmayım, ayrı oturum. Qırğın düşürdü. Olmaz axı. Açılışmışam indi".

Qeyd edək ki, Sevda iki dəfə ailə qurub. Onun iki övladı var.