Dəyişməyi Natavana yaraşdırmadılar - "Könül Kərimovaya oxşayır"

Dəyişməyi Natavana yaraşdırmadılar -  "Könül Kərimovaya oxşayır"
11864 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Natavan Həbibi görünüşündə dəyişiklik edib.

Axşam.az xəbər verir ki, sənətçi saçlarını uzadıb və onları açıq rəngə boyatdırıb. Uzun müddətdir qara saçda dolaşan ifaçı illər əvvəlki imicinə qayıdıb.

Ana olduqdan sonra gündəmdən uzaqlaşan və az-az foto paylaşan Həbibi şəkillərini İnstaqramda yerləşdirib. İzləyiciləri isə Natavanın yeni görünüşünü bəyənməyiblər.

Bir çoxları sənətçini Əməkdar artist Könül Kərimovaya oxşadıblar. Müğənninin ünvanına "Əvvəlki halınız qəşəng idi. Könül Kərimovaya oxşadınız. Elə bildim Könül Kərimovadır" kimi sözlər yazılıb.

Natavanın dodaqlarına dolğu etdirib, böyütdürməsi də tənqid edilib.