Üç ildən sonra evləndilər - Fotolar

Üç ildən sonra evləndilər -  Fotolar
6118 dəfə oxunub
  • A-
  • A
  • A+

3 illik münasibətdən sonra aktrisa Deniz Baysal ilə "Kolpa" qrupunun solisti Barış Yurtçu toy edib.

Axşam.az xəbər verir ki, İzmirin Çeşmə bölgəsində gerçəkləşən toya cütlüyün ailələri, yaxın dostları qatılıblar.

Apreldən indiyənə kimi toy üçün hazırlıq edən Deniz "Əvvəl işlə əlaqədar beş dəfə gəlinlik geyinmişəm. Rolum xatirinə bir qadının ilk dəfə gəlinlik geyinəndə hansı hissləri yaşadığını ifadə etməyə çalışmışam.

Amma öz gəlinlik donumu ilk dəfə geyinəndə, təbii və saf hisslərimlə ayaqlarımın yerdən qopduğunu hiss etdim. Əsirdim, həyəcanlı idim. Bunu ömür boyu unutmayacağam. Hər gənc qadının uşaqlıqdan xəyalını qurduğu bu anı yaşamasını diləyirəm" sözlərini deyib.