Sevdiyi serial bitməsin deyə prodüser oldu

Sevdiyi serial bitməsin deyə prodüser oldu
4863 dəfə oxunub
  • A-
  • A
  • A+

Kanadalı repçi Dreyk İngiltərənin paytaxtı Londonun Hekni məhəlləsində narkotik ticarəti və fərqli cinayətlərdən bəhs edən “Top boy” serialının prodüserliyini edib.

Axşam.az xəbər verir ki, buna zəmin yaradan isə müğənninin serialın fanatı olmasıdır. Belə ki, iki mövsüm yayımlanan serial daha sonra yarımçıq dayandırılıb.

Bunu görən ifaçı isə hərəkətə keçib və senari müəllifi ilə danışaraq yeni bölümlərin çəkilməsini təklif edib.

Üstündən xeyli müddət keçəndən sonra ötən gün serialın yeni mövsümünün təqdim ediləcəyi bildirilib.

Serialın heyəti və Dreyk bir araya gələrək bununla bağlı tədbir keçiriblər. Serial bu həftədən etibarən yayımlanacaq.