Bahar qalmaqallı bakirəlik səhnəsindən danışdı - Video

Bahar qalmaqallı bakirəlik səhnəsindən danışdı - Video
17506 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyə istehsalı olan "Zalim İstanbul" serialı növbəti mövsümünə start verib.

Axşam.az xəbər verir ki, ötən həftə ekran işində evin oğlu Cenk Karaçayla xidmətçinin qızı Cerenin sevişmə səhnəsi tənqid olunmuşdu.

Gənc aktrisa Bahar Şahin tənqid hədəfi olduqdan sonra çəkildiyi cəsarətli səhnəylə bağlı jurnalistlərə açıqlama verib.

Sənətçi bakirəliyinin pozulması ilə bağlı səhnədə çox utandığını etiraf edib.

O, sözügedən səhnənin çəkilişi zamanı rejisora "siz baxmayın" deyə, xahiş etdiyini bildirib.

Bahar Şahin çəkilişdən sonra evə gedib ağladığını da söyləyib.

Qeyd edək ki, "Zalim İstanbul"da baş rolları Fikret Kuşkan, Deniz Uğur və Mine Tugay canlandırır.