“O, təmənnasız sevir...”

“O, təmənnasız sevir...”
2967 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Günay İbrahimli anasına sosial şəbəkə hesabından təbrik ünvanlayıb.

Axşam.az xəbər verir ki, sənətçi 50 yaşı tamam olan İlhamə Hüseynovaya ürək sözlərini belə dilə gətirib:

“O, günün bütün saatlarında sizi təmənnasız sevir... Sizin üçün hər kəsə, hər şeyə sinə gərir. Bəlkə də kiçik bir təbəssümünüz üçün nələrdən keçir... Bu, anadır.

Bu gün isə o qadınlardan biri - əziz anamın 50-ci yaşı tamam olur. Hər zaman ona layiq övlad olmağa çalışmışam. Nə qədərini bacarmışam, bilmirəm. Lakin bildiyim tək şey onu ömür boyu yanımda görmək istəməyimdir. Ad günün mübarək, cənnətə layiq olanım”.