Lalə üçün Tünzalə daha üstündür

Lalə üçün Tünzalə daha üstündür
2490 dəfə oxunub
  • A-
  • A
  • A+

Ötən gün sosial mediada ən çox paylaşılan video Sami Yusufun İmadəddin Nəsiminin “Sığmazam” qəzəlinə etdiyi ifa olub.

Axşam.az xəbər verir ki, mahnı özü ilə birlikdə sosial şəbəkələrdə müzakirə də yaradıb. Müzakirələrə qoşulanlar arasında məşhurlarımız da yer alıb.

Onların çoxu Sami Yusufun videosunu paylaşaraq, qürurlandıqlarını bildiriblər.

Gözlənilməyən reaksiya isə Əməkdar artist Lalə Məmmədovadan gəlib. O, həmkarı, Əməkdar artist Tünzalə Ağayevanın Nəsiminin qəzəlinə bəstələdiyi mahnını paylaşaraq bu sözləri yazıb:

“Zənnimcə, Nəsimin qəzəlinə yazılmış ən gözəl əsərlərdən biri”.

T.Ağayeva isə ona təşəkkürünü bildirib.