Məşhur aktrisanı it dişlədi

Məşhur aktrisanı it dişlədi
4543 dəfə oxunub
  • A-
  • A
  • A+

Türk aktrisası Ece Uslunun başına iş gəlib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa qonşusunun Rottveller cinsinə aid iti tərəfindən hücuma məruz qalıb. Hadisə onun ad günündən iki gün sonra baş verib.

"İt bağlı idi. Mənim də itim olduğu üçün açmalarını istədim. Hürərək üstümə hücum etdi. Qorxmadığımı göstərmək üçün qolumu uzatdım. Bunu etmək olmazmış. Dişləri qol sümüyümə qədər girdi" deyə, aktrisa sosial şəbəkədə yazıb.

Heyvanları çox sevdiyini və ilk dəfə bu cür hadisə ilə üzləşdiyini bildirən Uslu dərhal xəstxanaya aparılıb. Ona quduzluğa qarşı peyvənd vurulub.