195 kq arıqlayıb, sevgili tapdı

195 kq arıqlayıb, sevgili tapdı
4949 dəfə oxunub
  • A-
  • A
  • A+

Vaşinqtonda yaşayan 55 yaşlı Janin Muller körpəlikdən bəri köklükdən əziyyət çəkib.

Axşam.az xəbər verir ki, uşaqlar evində böyüyən qadın onu himayəyə götürən ailəyə veriləndə müəllimlər onun pəhrizdə olduğunu söyləmişdilər. Yeni valideynləri qızı dietoloqa aparsalar da, onun qəbul etdiyi dərmanlar və iştahı çəkisinin gün-gündən artmasına səbəb olmuşdu.

Bir neçə ildən sonra valideynlərini itirən qadın stres və depresiya səbəbilə biraz daha çəki alaraq 300 kq-ı keçmişdi. Adi ehtiyaclarını ödəyə bilməkdə əziyyət çəkən Müller cərraha üz tutur. Mədə kiçiltmə əməliyatı olan Janinin həyatı dəyişir.

195 kiloqram arıqlayan qadın tənhalar klubuna üzv olaraq orada özünə sevgili tapır. Daqo adlı kişi ilə xoşbəxt olduğunu deyən Müller daha bir neçə kiloqram arıqlamaq niyyətindədir.