Nadir Çində timsah və qurbağa yedi - Video

Nadir Çində timsah və qurbağa yedi -  Video
2080 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Nadir Qafarzadə Çinə yollanıb.

Axşam.az xəbər verir ki, orada istirahət edən sənətçi bir neçə şəhəri gəzib, qeyri-adi yeməklərin dadına baxıb.

Timsah ətini videoya çəkən Nadir ondan hazırlanan yeməyin də dadına baxıb. yeməyin görüntüsü paylaşan Qafarzadə dadlı olduğunu söyləyib:

"Ötən gün timsahı göstərdim, indi isə onun ətindən daddım. Elə bilirsiz dadsızdır? Çox dadlıdır. Bunlar xüsusi böyüdülmüş timsah və qurbağalardır, yırtıcı deyillər. Bir timsah əti yeməklə mənə heç nə olmayacaq".