Rafet keçmiş arvadına belə sahib çıxdı

Rafet keçmiş arvadına belə sahib çıxdı
6016 dəfə oxunub
  • A-
  • A
  • A+

Türk müğənnisi Rafet El Roman keçmiş həyat yoldaşı Ceren Kaplakarsalana dəstək olduğunu açıqlayıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sevgilisi tərəfində küçənin ortasında döyülən Ceren haqda çox məyus olduğunu söyləyən ifaçı hər zaman onun yanında olacağını deyib.

"Ceren mənim keçmiş həyat yoldaşım, dostumdur. Onu elə vəziyyətdə görəndə dəhşətə gəldim. Səbəb nə olursa olsun, bir qadına bu cür şiddət insanlıqdan kənar hərəkətdir. Hər zaman onun yanındayam. Ümid edirəm, körpəsini də sağlam şəkildə qucağına alacaq" deyə, o bildirib.

Qeyd edək ki, 6 aylıq hamilə olan C. Kaplakarslan və anası 3 ildir birlikdə yaşadığı sevgilisi Temel Kankıran tərəfindən küçənin ortasında döyülərək üzü tanınmaz hala düşüb.