Azərbaycanlı aparıcılar 24 saat canlı yayımda olacaq

Azərbaycanlı aparıcılar 24 saat canlı yayımda olacaq
1952 dəfə oxunub
  • A-
  • A
  • A+

Sabah Azərbaycanda radio sahəsində ilkə imza atılacaq.

Axşam.az-ın məlumatına görə, Xəzər Hit FM-də yayımlanan “6-dan sonra” verilişinin aparıcıları 24 saatlıq yayım edəcək.

Belə ki, 103 FM-də 20 sentyabr səhər 8:00-də başlayan yayım non-stop 21 sentyabr 8:00-də yekunlaşacaq.

Yayımın aparıcıları isə Cavid Osmanov, Əhəd Miriyev və Azərin Məmmədli olacaq.

Proqrama məşhurlar da qonaq qismində qatılacaq.