"Ramal, Mələkxanımı biabır etdin" - Elarizdən sərt cavab

"Ramal, Mələkxanımı biabır etdin" -  Elarizdən sərt cavab
4434 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Elariz Məmmədoğlu Ramal İsrafilovun ünvanına sərt sözlər deyib.

Axşam.az xəbər verir ki, hazırda Amerikada yaşayan Elariz "Show news" verilişinə açıqlamasında həmkarını savadsızlıqda ittiham edib.

Ramalın "Elarizi Amerikaya göndərdik, yenə burada çıxır adı. Bəxtinə baxın, özü Bakıda yoxdur, reklamı gedir. Allah canını sağ eləsin, tembri də yoxdur. Səhər kanalı açıb onun səsini eşitsəm, kanalı çevirərəm. Onun səsi məni narahat edir" sözlərinə Məmmədoğlu belə münasibət bildirib:

"Bu adamın nə kişi, nə qadın tembri var. Bir özünə, bir də mənə bax. Gör, mənim adımı çəkməyə layiqsən? O boyda sənətkarı, Mələkxanım Əyyubovanı biabır edən adamdır. Mənim adımı çəkmə. Ramal mənim kimi peşəkar ola bilməz.

Mənim məktəbim, vokal müəllimlərim var. İndi Elarizi tənqid etməklə, özünü reklam etmək istəyir. Azərbaycan müğənnilərini Amerika toylarına cəlb etmək, yeni layihələrə salmaq istəyirəm, bunların danışdıqlarına baxın. Belə insanlarla məni calaşdırmayın".