İnternetdə bir dəqiqə ərzində nə baş verir?

İnternetdə bir dəqiqə ərzində nə baş verir?
703 dəfə oxunub
  • A-
  • A
  • A+

Günümüzün ayrılmaz hissəsi olan sosial şəbəkələrdə bir dəqiqə nə baş verməsi barədə yeni statistika yayılıb.

Axşam.az xəbər verir ki, yeni statistikaya əsasən, ötən ilə nisbətən rəqəmlərdə artım hiss edilir.

Bildirilir ki, bir dəqiqə ərzində “Google”da 3,8 milyon axtarış edilir, “Facebook”a isə 1 milyon şəxs giriş edir.

“Youtube”da 4,5 milyon video izlənilir, “Netflix”də serial və filmə baxanların sayı isə 694 min 444 nəfərdir.

İnstaqramda 46 min 200, “Snapchat”da 2,1 milyon paylaşım edilir.

60 saniyəyə 188 milyon e-mail göndərilir, Tvitterdə isə 87 min 500 tvit yazılır

“Wechat”da 1,8 milyon mətn göndərilir, “Facebook Messenger” və “WhatsApp”da mesajlaşanların sayı isə 41,6 milyon nəfərdir.

Bir dəqiqə ərzində  alış-veriş saytlarında 996 min 956 min dollarlıq satış baş tutur. “Tinder”də isə 1,4 milyon şəxsin ilk tanışlığı baş tutur.