"Arvadıma canım qurban"

"Arvadıma canım qurban"
1393 dəfə oxunub
  • A-
  • A
  • A+
"Kişidən yaş soruşmazlar. Kişinin halın soruşarlar. halı varsa, qəti qorxusu yoxdur".

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Teymur Mustafayev "Bağ mövsümü" verilişində deyib. 80 yaşlı müğənni həyat yoldaşından bəhs edib.

"Şəkildəki ceyranlara şikarçısan. Bəs realdakı ceyranlara da şikarlıq edirsən" sualına Teymur əmi belə cavab verib:

"Həyatda hər şeyi yaşamışam, qoymamışam ömrüm boş keçsin. Əmidə belə hal olmayıb, olmayacaq da. 60 ildir sənətdəyəm, 60 ildir evlənmişəm. Bir həyat yoldaşım olub, iki göz istəyir ona baxsın. Yad gözə baxdıqdan sonra necə gedib onun gözünə baxa bilərəm? Sevib ailə qurmuşam, indi də sevirəm. Ona canım qurban. Həkimdir həyat yoldaşım".