Azərbaycan Dövlət Akademik Filarmoniyasının oktyabr üçün tədbirlər planı açıqlanıb.
Axşam.az repertuarı təqdim edir:
02.10.19 Çərşənbə |
İctimai xadim, jurnalist, yazıçı Əhməd bəy Ağaoğlunun 150 illiyinə həsr olunmuş yubiley gecəsi Milli Trio. Bədii rəhbər – Sahib Paşazadə Başlanır 19:00 |
04.10.19 Cümə |
Vəkillər Kollegiyasının tədbiri. Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri Dirijor – Fəxrəddin Kərimov Başlanır 15:00 |
07.10.19 Bazar ertəsi |
Karaçayevo-Çerkessiya Respublikasının Azərbaycanda Mədəniyyəti Günlərinin bağlanışı. Karaçayevo-Çerkessiya Respublikasının artistlərinin vokal-xoreoqrafik çıxışları Başlanır 19:00 |
08.10.19 Çərşənbə axşamı |
Xalq yazıçısı Hüseyn İbrahimovun 100 illiyinə həsr olunmuş yubiley gecəsi Başlanır 19:00 |
10.10.19 Cümə axşamı |
Azərbaycan Dövlət Akademik Filarmoniyasının və “Mədəniyyət” kanalının birgə layihəsi. II Azərbaycan Xalq Mahnıları Festivalı çərçivəsində konsert Birləşmiş Xor Kollektivlərinin çıxışı Başlanır 19:00 |
11.10.19 Cümə |
Azərbaycan Dövlət Akademik Filarmoniyasının və “Mədəniyyət” kanalının birgə layihəsi çərçivəsində konsert. Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri Dirijor – Orxan Həşimov Azərbaycan Televiziyası və Radiosunun C.Cahangirov adına xoru Bədii rəhbər və baş dirijor – Şəhla Ələkbərova Solist – Ramil Qasımov Başlanır 19:00 |
13.10.19 bazar |
Rusiya Mədəniyyəti Günləri çərçivəsində konsert Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri Bədii rəhbər və baş dirijor – Rauf Abdullayev Solist – Nikolay Luqanski (piano, Rusiya) Başlanır 19:00 |
15.10.19 Çərşənbə axşamı |
Xorvatiya Səfirliyinin tədbiri Başlanır 19:00 |
16.10.19 Çərşənbə |
Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri Bədii rəhbər və baş dirijor – Fəxrəddin Kərimov Başlanır 19:00 |
18.10.19 Cümə |
İtaliya Səfirliyinin tədbiri Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri Dirijor – Mustafa Mehmandarov Başlanır 19:00 |
19.10.19 Şənbə |
Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Bəstəkarlar İttifaqının Dövlət Müstəqilliyimizin 28 ildönümü münasibətilə birgə keçirtdiyi “V Qardaşlıq mədəniyyəti” adlı ədəbi bədii gecə. F.Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı. Bədii rəhbər və baş dirijor – Ağaverdi Paşayev Başlanır 19:00 |
25.10.19 Cümə |
Azərbaycan Bəstəkarlar İttifaqının X Qurultayının açılışı Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri Dirijor – Mustafa Mehmandarov Başlanır 19:00 |
26.10.19 Şənbə |
Azərbaycan Bəstəkarlar İttifaqının X Qurultayı çərçivəsində konsert Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri Bədii rəhbər və baş dirijor – Ağaverdi Paşayev Başlanır 19:00 |
29.10.19 Çərşənbə axşamı |
Xalq artisti, xanəndə Hacıbaba Hüseynovun 100 illiyinə həsr olunmuş yubiley gecəsi Başlanır 19:00 |
30.10.19 Çərşənbə |
“Gənclərə dəstək” layihəsi çərçivəsində “Milli musiqimiz – milli sərvətimizdir” adlı konsert Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri Bədii rəhbər və baş dirijor – Ağaverdi Paşayev Başlanır 19:00 |