Nazir türkiyəli rəssamla görüşdü - Fotolar

Nazir türkiyəli rəssamla görüşdü - Fotolar
3149 dəfə oxunub
  • A-
  • A
  • A+

Mədəniyyət naziri Əbülfəs Qarayev Türkiyənin tanınmış rəssam və heykəltəraşı Ahmet Güneştekin ilə görüşüb.

Axşam.az xəbər verir ki, nazir Heydər Əliyev Mərkəzində II Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində açılan “Yaddaşın əlifbası” adlı fərdi sərgisi münasibətilə rəssamı təbrik edib, sərgi haqqında fikirlərini bölüşüb. Qeyd edib ki, sərgidə nümayiş olunan əsərlər xoş əks-səda doğurub. Ölkəmizdə belə sərgilərin keçirilməsini yüksək qiymətləndirən nazir rəssamın gələcəkdə də bu kimi layihələrdə iştirakına dəstək göstəriləcəyini bildirib.

Ahmet Güneştekin qəbula görə nazir Əbülfəs Qarayevə öz təşəkkürünü bildirib, Azərbaycanda olmağından böyük məmnunluq duyduğunu ifadə edib.

Xatırladaq ki, Ahmet Güneştekinin Heydər Əliyev Mərkəzindəki sərgisi 2020-ci il martın 31-dək davam edəcək.