Ayanı “Maşın”dan çıxarmaq istəyən Fuad Füzuli Musayevin qohumudur

Ayanı “Maşın”dan çıxarmaq istəyən Fuad Füzuli Musayevin qohumudur
8307 dəfə oxunub
  • A-
  • A
  • A+

“Maşın” şounun növbəti buraxılışı başlayıb.

Axşam.az xəbər verir ki, ən çox şəkli atılan Müğənni Fuad Musayev Ayan Babakişiyevanı çıxaracağını deyib.

Onun bu seçimi sosial şəbəkədə tənqidlərə səbəb olub.

Prodüser Tarix Əliyev Fuadın Ayandan intiqam almağa çalışdığını vurğulayıb.

O, paylaşım edərək, “Fuad bilirsiz niyə Ayanı çıxarmaq istəyir? Dəqiq deyirəm: Fuad Musayev Füzuli Musayevin dostudur, həm də qohumudur. Amma bu, kişilikdən deyil. Allah açan yolu heç kim bağlaya bilməz” sözlərini yazıb.

Qeyd edək ki, Füzuli Musayev Karate üzrə dünya çempionu, Fövqəladə Hallar Nazirliyinin İdman – Sağlamlıq klubunun rəisidir.