AzTV-də yeni təyinatlar

AzTV-də yeni təyinatlar
1207 dəfə oxunub
  • A-
  • A
  • A+

AzTV-də kadr islahatları olub.

Axşam.az xəbər verir ki, kanalda baş prodüser vəzifəsində çalışan Hikmət Yaqubov tutduğu vəzifədən azad edilib. O, “Mədəniyyət” kanalında direktor müavini postuna təyin edilib.

Baş prodüser vəzifəsi TV-nin Bədii rəhbərinin müavini Nazilə Babayevaya, baş rejissor vəzifəsi isə Əməkdar incəsənət xadimi Ülviyyə Kərimovaya həvalə edilib.

Daha bir kadr təyinatı isə “İdman” kanalında olub. Belə ki, tanınmış jurnalist Rövşən Binnətli sözügedən kanalın direktor müavini təyin olunub.

Məlumat üçün bildirək ki, son bir neçə aydır “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də kadr islahatları və yeniliklər aparılır, yeni layihələrə start verilir, kanalın simasında dəyişikliklər edilir.