Deniz Çakır hakim qarşısında

Deniz Çakır hakim qarşısında
5580 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli aktrisa Deniz Çakır hakim qarşısına çıxıb.

Axşam.az xəbər verir ki, aktrisanın "xalqın bir hissəsini din və məssəb fərqliliyi " iddiası ilə ittiham edilir.

Getdiyi kafedə yan masada oturan hicablı qızları təhqir etməkdə günahlandırılan və "Sizin yeriniz bura yox, Ərəbistandır" dediyi söylənilən Deniz hakim qarşısına çıxıb. Aktrisa isə məqsədinin onları təhqir etmək olmadığını deyib.

Şikayətçi tərəfin vəkili Denizin müttəhim kürsüsündə deyil, vəkilinin yanında oturmasını doğru hesab etmədiyini və hakimin bitərəf olmasından şübhələndiyini deyərək yeni hakim tələb edib. Bu səbəblə də işin İstanbul Növbətçi Ağır Cəza Məhkəməsinə göndərilməsinə qərar verilib.