Cem Yılmaz Bakıya gəlir - 18+

Cem Yılmaz Bakıya gəlir - 18+
915 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyənin məşhur komediya ustası, aktyor və şoumen Cem Yılmaz Bakıda “Diamond Elite Platinum Plus” stand up şousu ilə çıxış edəcək. Möhtəşəm konsert proqramı 16-17 noyabr tarixlərində Bakı Konqres Mərkəzində keçiriləcək.

Axşam.az xəbər verir ki, yumoristik çıxışları ilə məşhurlaşan Cem Yılmaz həmçinin bir çox filmlərdə də çəkilmiş və Türkiyə şou-biznes aləminin ən tanınan simaları siyahısında yer tutub. Tanınmış şoumenin izləyiciləri onun Bakıya səfərini səbirsizliklə gözləyirdilər. Cem Yılmaz bizim paytaxta bir neçə dəfə dəvət olunsa da, razılıq baş tutmamışdır. Və nəhayət bu gözəl hədiyyəni sənətkarın Bakıdakı auditoriyasına TOPAZ bəxş etdi! Cem Yılmazın möhtəşəm konsert proqramı da məhz TOPAZ brendinin dəstəyi və təşkilatçılığı ilə keçiriləcək.

 “Caspiantech” (daha öncə "Azərinteltek" QSC olub) QSC-nin ticarət nişanı olan TOPAZ 2011-ci ildə Azərbaycanda ilk və yeganə qanuni idman mərc oyunu operatoru kimi fəaliyyətə başlayıb. Yarandığı dövrdən indiyədək idmanın inkişafına fəal dəstək verən TOPAZ markası 2012-2019-cu il tarixlərində Azərbaycan Premyer Liqasının sponsoru olub. Bundan başqa, bir çox layihələr üzərində çalışaraq Azərbaycanda idmanın müxtəlif növlərinin inkişafına layiqli töhfələr verib.

E-TOPAZ 18 yaşına çatmış hər şəxsə Cem Yılmazın şousuna bilet qazanmaq şansı yaradır. Bunun üçün www.etopaz.az saytına daxil olub kampaniyanın bütün şərtləri ilə tanış olmaq lazımdır.
Biletləri iTicket.az saytında və kassalarında əldə etmək olar.