Türkiyəli bəstəkarlar Brillianta 37 min dollar “atıb” - Video

Türkiyəli bəstəkarlar Brillianta 37 min dollar “atıb” - Video
1026 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyənin TV8 kanalında “Gel konuşalım” proqramında Xalq artisti Brilliant Dadaşovabnın iddiaları yer alıb.

Axşam.az xəbər verir ki, verilişə müsahibə verən sənətçi dələduzluqla qarşılaşdığını, bəstəkarlar Fettah Can və Metin Özülkünün onu aldatdığını iddia edib:

“Metin Özülkünü proqramda görmüşdüm. Mənə dedi ki, sənə mahnılar verə bilərəm. 4-5 mahnı barədə danışdıq. Yeni mahnılar yazacaq və aranjiman edəcəkdi.

Fettah Can isə gəldi, mənə 4-5 mahnı göstərdi. Ödəmə oldu, sonra studiyasına getdim, mahnılarını oxudum. Sonra nə vaxt zəng etdim, “Mən köçürəm”, “Sevgilimdən ayrılmışam” deyə, bəhanələr gətirdi. Pul da getdi, mahnılar da. 19 min dollar Metin Özülkü də, 18 min dollar da Fettah Canda. Danışanda da özünü reklam edirsən deyirlər. Bunun üçüncü yolu nədir, desinlər”.

Proqramın aparıcıları Fettah Can və Metin Özülkünün güvənilən bəstəçilər olduğunu, Brilliant Dadaşovanın iddiasına inanmadıqlarını, onun özünü Türkiyədə reklam etdiyini söyləyib.