Demet Bergüzara belə dəstək oldu

Demet Bergüzara belə dəstək oldu
6849 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli aktrisa Bergüzar Korelin Amerikada yaşayan bacısı onun evliliyi haqqında  gündəm yaradan açıqlamalar verib.

Axşam.az xəbər verir ki, o, bacısının Halit Ergencle evliliyində ciddi problemlər olduğunu, cütlüyün hətta başqa evlərdə yaşamaq istədiyini dilə gətirib.Zeynepin sözlərinə görə, Bergüzarın evliliyini hamiləliyi xilas edib.

Müğənni Demet Akalın isə Korelə dəstək olan paylaşım edib. O, aktrisanın fotosunu paylaşaraq, "Şiddətin ən pisini yaşayır. Həm də ən yaxınından. Üstəlik, hamilədir. Kefini pozma, nə olar" deyə, yazıb.