“Vasim Məmmədəliyevin vəfatı böyük itkidir”

“Vasim Məmmədəliyevin vəfatı böyük itkidir”
1152 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycanın Birinci Vitse-Prezidenti Mehriban Əliyeva akademik Vasim Məmmədəliyevin vəfatı ilə başsağlığı verib.

Axşam.az xəbər verir ki, birinci xanım mərhumun Azərbaycanda müstəsna xidmətlərinin olduğunu vurğulayıb:

“Dünya şöhrətli şərqşünas-alim, müsəlmanların müqəddəs kitabı olan Qurani-Kərimin Azərbaycan dilinə tərcüməçilərindən biri, Əməkdar elm xadimi, akademik Vasim Məmmədəliyev dünyasını dəyişib. Çox yüksək intellektə və nadir mənəvi keyfiyyətlərə malik insan – Vasim müəllim elm dünyasında şübhəsiz nüfuz sahibi idi. Onun Azərbaycanda şərqşünaslığın inkişafında müstəsna xidmətləri var. Dahi tədqiqatçı alim və istedadlı müəllim olan Vasim Məmmədəliyev Azərbaycan elminin çoxəsrlik ənənələrinin davamçısı idi. Akademik Vasim Məmmədəliyevin vəfatı bizim hamımız üçün çox böyük itkidir. Böyük alimin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq. Allah rəhmət eləsin!”