Ölkədən köçməyə hazırlaşan Eltondan qalmaqallı ittihamlar

Ölkədən köçməyə hazırlaşan Eltondan qalmaqallı ittihamlar
4109 dəfə oxunub
  • A-
  • A
  • A+

Ölkədən köçməyə hazırlaşan müğənni Elton Hüseynəliyev İnstaqramda videolar paylaşaraq, qalmaqallı açıqlamalar verib.

Axşam.az xəbər verir ki, haqqsızlığa dözmədiyi və Türkiyə dövlət orkestrindən təklif aldığı üçün oraya köçməyə qərar verən Elton bunları deyib:

“Nə qədər insanların yeyilən haqqlarından, kəsilən maaşlarından danışsam, gərək neçə dəqiqəlik video çəkəm. Bunlardan cənab Prezidentin xəbəri yoxdur, ona demirlər. Qızları, gəlinləri başqa şərtlərlə işə götürmək istəyirlər.  İncəsənət insanları bunları bilirik, amma danışmağa qorxurlar. Bəlkə xofludurlar, ona görə... Şükür Allaha, biz Azərbaycana heç vaxt naxələf olmamışıq. Vətənə sadiq olmuşuq, bundan sonra da canımız fəda olsun.

Ey cavan gəlinlərin pulunu kəsib yeyən şərəfsizlər, güzgüyə baxanda heç utanırsınız?! Kimin ki, sponsoru var, puldan buraxır, onun pulunu yeyib-yatırsız, amma abırlı-həyalı, gözəl-göyçək Azərbaycan qızlarının-gəlinlərinin efirdə işləməsini, oxumasını əngəlləyirsiz. Xeyir ola?! Xalqın müğənnisiyəm, efirlərə özümü reklam etmək üçün çıxmıram. Altı aydır efirlərdə yoxam, şükür Allaha, yenə də Elton Hüseynəliyev olaraq sevilirəm, dinlənirəm. Və davam “Əməkdar artist” adı davası deyil. Heç mən dövlətimdən ad istəmirəm, neyləmişəm ki, fəxri ad da istəyim? Bir də ki, adı oxumağa görə vermirlər ki, adı əməyə görə, dövlət üçün çalışmağa görə verirlər. Mən haqq-ədalət istəyirəm!”.

E.Hüseynəliyev “Mədəniyyət” kanalının direktoru, Əməkdar artist Ramil Qasımov haqda kəskin ittihamlar irəli sürüb:

“Dövlət kanalında adım gedirdi, maaşımı kimsə alırdı.Ramil Qasımov, sən mənim qrup yoldaşım olanda biz sənə sənətdə himayədarlıq etmişik. Sən həmişə şit olmusan, bu gün də şitsən. Sən Orxan Babazadədən pul alıb, Elza İbrahimovanın gecəsində oxutdurursan. Sənin nə ixtiyarın var? “Mədəniyyət” kanalının direktoru olmağın buna ixtiyar verir? Solistinlə bağlı imza atanda mənimlə rəsmi danışırsan, deyirsən ki, dövlət mənə post verib. Dövlət sənə post veribsə, sənin hünərin nədir o postdan çıxasan? Amma sən çıxırsan. Mənə isə vəzifə lazım deyil, dövlətimin, xalqımın rifahı lazımdır. Mənə vəzifə lazım olsaydı, bilən bilir, Elton çox şeylərdən keçib, çox şeyləri məhv edib. Qəlbimdə pul-para, belə şeylər yoxdur. Sadəcə utanıram ki, bizim efirlərə ermənilər də baxır. Ayıbdır, çox ayıbdır!”.