Əməkdar artist Elnarə Abdullayeva həmkarları ilə bir verilişə çıxmaqdan imtina etdiyini deyib.

Axşam.az xəbər verir ki, ifaçı bu barədə “5/5” proqramında danışıb:

“Müğənnilərlə bir efirə çıxmaq istəmirəm. Çox sözlər gəlib çatırdı. İnsanlar çox vaxt elə bilir ki, onlar böyük adamdır. Sakit duranda düşünürlər ki,  məndən sanballı adamlardır. Hətta məni el şənliklərinə dəvət etmək istəyənlərə deyirlər ki, Elnarə məşğuldur. Ürəyim hər kəsdən qırılıb”.



                 

Digər