Boşanmağını belə qeyd etdi - Video

Boşanmağını belə qeyd etdi - Video
4585 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə yaşayan 49 yaşlı Məryəm Karaş şiddət gördüyü ərindən boşanmaq qərarına gəlib.

Axşam.az xəbər verir ki, bunun üçün məhkəməyə müraciət edən qadın ədliyyə binasının həyətində insanlara xına paylayıb. O, çal-çağırla məhkəmənin başlamasını qeyd edib.

Bununla kifayətlənməyən Karaş məhkəmə qərar verdikdən sonra paraşütdən atlayıb. O, həmin ərazidə olan insanlara şirniyyat paylayıb.

"Qadınlara qarşı şiddətə son" şüarı ilə paraşütdən atladım. Əvvəllər də demişdim. Boşandığım zaman bayram edəcəyəm. Ancaq son günlərdə artan qadın cinayətləri və təcavüzləri baxımından bu şüar daha anlamlı oldu" deyə, o, bildirib.