Günel Viktoria Bekhamla görüşdü

Günel Viktoria Bekhamla görüşdü
5608 dəfə oxunub
  • A-
  • A
  • A+

Amerikada yaşayan eks-aparıcı Günel Hümbətova dünyaca məşhur modelyer Viktoria Bekhamla bir araya gəlib.

Axşam.az xəbər verir ki, bloqerlik fəaliyyəti ilə məşğul olan Günel onun tədbirinə qonaq kimi dəvət alıb. Dəvətdən fotoları sosial şəbəkədə paylaşan aparıcı hisslərini belə ifadə edib:

“Dəhşətli hisslərdir: uşaqlıqdan hər zaman ilhamlandığın, ana, qadın, uğurlu iş xanımı, dəb ikonası kimi özünə örnək götürdüyün, qibtə etdiyin insanın şəxsi tədbirinə dəvət almaq, onunla söhbətləşmək, qucaqlamaq”.

Qeyd edək ki, Günel Amerikada yaşayan azərbaycanlı Firuz Soliyevlə ailəlidir. Cütlüyün bir qız övladı var.