“İstedadlı gənclərə dəstəyik” - “Mədəniyyət” TV-nin rəhbəri Orxan Babazadə haqda

“İstedadlı gənclərə dəstəyik” - “Mədəniyyət” TV-nin rəhbəri Orxan Babazadə haqda
2491 dəfə oxunub
  • A-
  • A
  • A+

“Mədəniyyət” kanalının rəhbəri, Əməkdar artist Ramil Qasımov müğənni Elton Hüseynəliyevin “Orxan Babazadədən pul alıb, Elza İbrahimovanın gecəsində oxutdurursan” ittihamına cavab verib:

Axşam.az xəbər verir ki, Musavat.com-a müsahibə verən rəhbər Orxan Babazadəni istedadlı gənc adlandırıb:

“Elton Hüseynəliyevi peşəkar musiqiçi kimi dəstəkləmişəm, şəxsiyyəti haqqında müsbət fikirlər səsləndirmişəm, hətta Mədəniyyət və İncəsənət Universitetində birgə təhsil almışıq. O, hər zaman etik qaydalara riayət edən gənc olub və heç bir zaman problem yaşamamışıq. Xatırlayıram ki, Elton televiziyamızın solisti olmaq istəyəndə onunla görüşdük, rəhbərliyə onu təqdim etdim və solist kimi çalışmağa başladı.

Orxan Babazadəyə gəldikdə isə, qeyd etdiyim kimi hər zaman istedadlı gənclərə şərait yaratmağa çalışırıq. Həmin ifaçı haqqında bir neçə tanınmış musiqiçi müsbət fikirlər bildirdilər. Biz də razılaşdıq, onun tədbirdə iştirak etməsinə şərait yaratdıq. Bu olay təxminən 2 il əvvəl baş verib. Bizi və şəxsən məni tanıyan şəxslər bilir ki, “Mədəniyyət” kanalı heç bir zaman heç kəsdən pul qarşılığında efirə çıxartmayıb və bu tamamilə mümkünsüzdür. Sözün düzü anlamıram ki, Elton bu sözləri hansı əsaslarla deyib.

O, “Bəs, bu qalmaqalı ciddi şəkildə həll etməyi düşünürsüzmü” sualını isə belə cavablandırıb:

“Hər bir insan öz səviyyəsinə bu cür məsələləri həll edir. Nə edim, Eltonu məhkəməyə verim? Bu, mənə yaraşmaz. Və yaxud hansı addımı atım? Artıq 2-3 gündür ki, biz onu dəvət edirik, o isə bizimlə əlaqədən yayınır. Hətta ailə yaxınları ilə də əlaqə saxlamışıq, xahiş etmişik ki, onunla görüşmək, məsələyə aydınlıq  gətirmək istəyirik. Ona sual vermək istəyirdik ki, “dediyin faktlar, mənbə səndə haradandır?”.

R.Qasımov Eltonun məvacibinin verilməməsi iddiasını absurd adlandırıb:

“Elton Hüseynəliyev televiziyanın solistidir və ictimai əsaslarla çalışır. İctimai əsaslarla çalışan solistlər məvacib almır”.