“Qafqazın Parisi...” - Ahmet Hakan Bakıdan yazdı

“Qafqazın Parisi...” - Ahmet Hakan Bakıdan yazdı
1054 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli jurnalist Ahmet Hakan Bakı haqda fikirlərini çalışdığı “Hürriyyet” qəzetində yazıb.

Axşam.az xəbər verir ki, məşhur xəbər spikeri gəlmədən öncə paytaxtımızı bəyənmədiyini etiraf edib.

Sözügedən yazını təqdim edirik:

“Getməmişdən öncə xor baxırdım, buna görə də utanaraq geri döndüm. Qafqazın Parisi deyəcəm, amma.. Parisi tərifləmiş olaram deyə, narahatam.

Bizim Nişantaşı var e... Onu 40-a vurun... Bakıda elə bir Nişantaşı var.

Bakıya “Küləklər şəhəri” deyirlər... Vallah, düz deyirlər.

Hər şey necə də yeniydi və hər şey necə də tarixə hörmət olaraq qorunmuşdu. Məəttəl qaldım!

Çayı mürəbbə ilə içirlər Bakıda... Elə mənimsədim ki, mən də artıq mürəbbə ilə içirəm.

Samovar var ha, samovar... Onun vətəni Bakı imiş.

Bir-birindən gözəl və başdöndürən binalara “Hamısı geydirmədir, makiyajdır” dedilər. Belə makiyaja can qurban!”.