“Könül Xasıyeva ikinci baharını yaşayır”

“Könül Xasıyeva ikinci baharını yaşayır”
4304 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Könül Xasıyevanın sevgilisi olduğu bildirilir.

Axşam.az xəbər verir ki, bu barədə aparıcı Zaur Baxşəliyev “Zaurla Günaydın” verilişində söyləyib.

O, “Könül Xasıyeva deyib ki, təzə eşqə düşmüşəm. Konsertimdə elan edəcəm ki, ikinci baharımı yaşayıram. Deyir ki, mən sevirəm. Həmin şəxsin kimliyini isə konsertimdə açıqlayacam” deyə, bildirib.

Proqramda qonaq olan müğənnilər Ayan Babakişiyeva və Niyam Salami buna inanmadıqlarını deyib.

“O, sevgi ilə gündəmə gəlməz” sözləri ilə ifaçılar Zaura etiraz edib.

Qeyd edək ki, xanəndə bir dəfə evli olub. Onun bu nikahdan Kazım adlı oğlu dünyaya gəlib.