"Tarzan"ın oğlu anasını öldürdü

"Tarzan"ın oğlu anasını öldürdü
5525 dəfə oxunub
  • A-
  • A
  • A+

1960-cı illərin məşhur "Tarzan" serialının baş rol ifaçısı Ron Elinin ailəsində faciə yaşanıb.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, 81 yaşlı aktyorun 62 yaşlı xanımı Valeri Landin oğlu Kemeron Eli tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Hadisə yerinə gələn polis qaçmağa çalışan qatil oğulu dayandırmaq üçün atəş açıb. 30 yaşlı gənc yerindəcə keçinib. Cinayət törədilən zaman evdə olan aktyor isə yara almadan qurtula bilib.

Keçmiş Amerika gözəli olan Landin və Ron Eli cütlüyünün Kamerondan başqa iki qız övladları da var. Filips Ekseter akademiyası və Harvard universitetində təhsil alan Kameronun hansı səbəblə anasını öldürdüyü isə məlum deyil.